Kreml: Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər
11 Sentyabr 2026
Litva hakimiyyətinin nüvə silahlarının yerləşdirilməsi ilə bağlı konstitusiya qadağasını aradan qaldırmaq istəyi ciddi eskalasiya yaradacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər, əgər ölkə ərazisində Rusiyaya qarşı nüvə silahları yerəşdirilsə, həmin ölkə də Rusiyanın nüvə silahlarının hədəfində olacaq.
"Bunu proqnozlaşdırmaq olardı. Bu, çox ciddi eskalasiyaya və gərginliyə səbəb olacaq. Axı, əgər ərazinizdə nüvə silahları yerləşdirirsinizsə, onlar kiməsə qarşı yönəlmiş olacaq. Aydındır ki, bu silahlar qərbə deyil, şərqə, yəni bizə qarşı yönələcək. Əgər ölkə ərazisində bizə yönəlmiş nüvə silahları olacaqsa, deməli, müvafiq olaraq, həmin ölkənin ərazisi də nüvə silahlarımızın hədəfində olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.