Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml ABŞ ilə dizel sövdələşməsinin pozulması ilə bağlı şərh verməkdən imtina edib

Kreml ABŞ ilə dizel sövdələşməsinin pozulması ilə bağlı şərh verməkdən imtina edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov kommersiya detallarının ictimaiyyətə açıqlana bilməyəcəyini bildirib.

O, Amerikadakı seçkilərin nəticələri ilə ABŞ-a gedən dizel yanacağı daşıyan tankerlərin kursunun guya dəyişməsi arasında hər hansı bir əlaqə görməməyə çağırılıb.

Kremlin sözçüsü vurğulayıb ki, ABŞ ilə sövdələşmə çərçivəsində göndərilən dizel yanacağının mütləq alıcısı tapılacaq.

Qeyd edək ki, "The Financial Times" nəşri Nyu-Cersi hakimiyyətinin yanacağı qəbul edə biləcək limanları təhdid etdikdən sonra ABŞ-a gedən Rusiya dizel yanacağı daşıyan üç tankerdən ikisinin kursunu dəyişdiyini yazıb.