Logo
news content
User
Kateqoriyalar

Xəbər

Köhnə "dostumuz" - Rüstəm Muradova da sanksiya tətbiq edildi

Avropa İttifaqı yeni sanksiya siyahısına yeni figurantlar daxil edib, siyahıya daha 26 fiziki şəxs və bir şirkət daxildir. Sənəd Aİ-nin rəsmi jurnalında dərc edilib, qərar qüvvəyə minib. Bu barədə RİA Novosti məlumat yayıb.

Siyahıda digər rəsmi şəxslər və hərbçilərlə birlikdə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov da var.

Xatırladaq ki, Rüstəm Muradov Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı kimi ötən il sentyabrın 6-da öz missiyasını başa vurub. Muradov 2020-ci ilin payızında münaqişədən sonra Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib. 2022-ci il yanvarın 11-dən Rusiya sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edir.