Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyevə raketlər Xəzər dənizindən atılıb - Ukrayna HHQ

Bu gün səhər saatlarında Rusiya Kiyev şəhərinə Xəzər dənizindən Tu-95 strateji bombardmançı təyyarələrindən raketlər atıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, raketlərdən biri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Hərbçilər hava hücumu siqnallarına məhəl qoymamağa çağırıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevin Darnitski və Dneprovski rayonlarında bir neçə partlayış baş verib.

Daha sonra raket hücumu nəticəsində bir nəfərin yaralandığı məlum olub.