Kiyevdə Rusiyanın zərbələri nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb
03 İyul 2026
Kiyevdə Rusiyanın zərbələri nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Ukrayna mediası xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"Kiyevdə daha 3 meyit çıxarılıb. Həlak olanların sayı 30 nəfərə çatıb", – məlumatda bildirilib.
Daha əvvəl qeyd olunmuşdu ki, Kiyevə hücum nəticəsində azı 100 nəfər xəsarət alıb, 27 nəfər isə həlak olub.