Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyevdə 2 təyyarə, Mariupolda 40 rus əsgəri məhv edilib

Ukraynanın paytaxtı Kiyev səmasında daha iki rus təyyarəsi vurulub.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı feysbukda bildirib.

Bununla da müharibənin 11 günü ərzində vurulan təyyarələrin sayı 46-ya çatıb. Bununla yanaşı, Rusiya tərəfi 68 helikopter itirib.

Mariupolun müdafiəsi zamanı isə 40-a yaxın rus hərbçisi öldürülüb.

"Ukraynanın qəhrəman şəhəri" uğrunda gedən döyüşlərdə Rusiya tərəfi texnika baxımından da itkilər verib.

Belə ki, Azov alayının hərbi qulluqçuları Rusiyanın 6 zirehli döyüş maşını və 40-a yaxın texnikasını məhv ediblər.

Bundan başqa, Mariupolu tutmağa çalışan hərbi bölmənin şəxsi heyətinin ad siyahısı və ünvanları olan sənədləri Birləşmiş Qüvvələr əsgərlərinin əlinə keçib.