Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş baş nazir Türkiyəyə dostluq mesajı: "Gərginlik heç kimin xeyrinə deyil"

Yunanıstanın müxalifət lideri Aleksis Çipras səfər etdiyi Simi adasından Türkiyəyə dostluq və dialoq mesajı göndərib.

Türkiyə KİV-i xəbər verir ki, bu haqda Çipras Simi adasında jurnalistlərə verdiyi açıqlamada deyib.

O, yunan xalqının suverenlik və suveren hüquqlarını qorumaq üçün birləşdiyini ifadə edərək, “Xüsusilə Egeyin hər iki tərəfinin sabitlik və sülhə ehtiyacı olduğu bir zamanda bu hərəkətin artması üçün heç bir səbəb yoxdur” qeyd edib.

Çipras iki xalq arasında güzəştə gedilməsi mümkün olmayan heç bir problemin olmadığını bildirib: “Qonşu ölkənin hər zaman dialoq və sülhü dəstəkləyən demokratik sivil qüvvələrinə müraciət edirəm. Bu səy davam etdirilməlidir. Gərginlik heç kimin xeyrinə deyil”.

Dostluğa, sülhə və sabitliyə dəstək verən tədbirlərə çağıran Çipras açıqlamasında, “Milliyyətçilik hər ölkədə təkcə sülh və ictimai birliyi deyil, demokratiyanı da təhlükə altına alır” deyib.