Kadırov “bander”lərdən NATO-ya şikayət etdi
08 Mart 2022
Çeçenistan lideri Ramazan Kadırov Ukraynada humanitar dəhlizlə bağlı yaranmış vəziyyətlə əlaqədar NATO-ya, ATƏT-ə, BMT-yə müraciət edib.
Rusiyanın RBK kanalının yaydığı məlumatda bildirilir ki, Kadırovun sözlərinə görə, “banderlər” nəinki yerli əhaliyə, hətta xarici ölkə vətəndaşlarına da Rusiyanın açdığı humanitar dəhlizlərdən istifadə etməyə imkan vermirlər.
Çeçenistan rəhbəri Vladimir Zelenskini heç olmazsa xaricilərin təxliyyəsini təşkil edə bilməməkdə ittiham edib: “Təkcə bu fakt əyani şəkildə göstərir ki, o prezident-filan deyil”.