Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jirinovskinin oğlu adını dəyişdirdi - SƏBƏB

Rusiya Dövlət Dumasının keçmiş vitse-spikeri, Vladimir Jirinovskinin oğlu İqor Lebedev adını dəyişərək David Aleksandroviç Qarsiya qoyub.

Bu barədə “Baza” portalı öz araşdırmasına istinadən məlumat yayıb.

Qeyd edək ki, o, 2021-ci ilin yayında da adını dəyişmişdi.

Həmin vaxt İqor Lebedev eyni zamanda siyasətdən getdiyini, və Liberal Demokrat Partiyasının sıralarını tərk etdiyini elan etmişdi.

Bildirilir ki, Aİ ölkələrinə səfər etmək imkanını da itirən eks-deputatın bu qərarını 2014-cü ildə ona qarşı qəbul edilmiş Avropa sanksiyalarının altına düşməsi ilə əsaslandırmaq olar.