Logo
news content
User
Kateqoriyalar

Xəbər

JF-17C təyyarələri Azərbaycan ordusunun arsenalına daxil edilib

Müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

JF-17C (Block-III) təyyarələri Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də JF-17C (Block-III) təyyarələri təqdim olunub.