İstanbulda Türkiyə, İran, Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək
15 Oktyabr 2024
Oktyabrın 18-də İstanbulda "3+3" platformasının üçüncü iclası keçiriləcək, bu barədə çərşənbə axşamı TRT telekanalı Türkiyənin XİN başçısı Hakan Fidana istinadla məlumat yayıb.
Onun sözlərinə görə, "Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa yönəlmiş görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiyanın xarici işlər nazirləri iştirak edəcəklər.
Fidan görüşün gündəliyini açıqlamayıb. Onun sözlərindən həmçinin məlum olub ki, Gürcüstan "3+3" formatında (üç region ölkəsi və üç qonşu dövlət) görüşdən yenə imtina edib.
Xatırladaq ki, bu format Cənubi Qafqazda mövcud olan münaqişələrin sülh yolu ilə həlli məqsədilə 2020-ci ilin dekabrında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təklif olunub.