
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb, Fidan nəticələri açıqlayıb
16 May 2025
İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş başa çatıb.
Danışıqlar təxminən iki saat davam edib.
Görüşdə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna heyətləri arasında danışıqların nəticələrini açıqlayıb.
“Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”, - o bildirib.