Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrailin “Hizbullah”a qarşı əməliyyatının əsas hissəsi başa çatıb

İsrail Hərbi Hava Qüvvələri Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Livanda ümumilikdə 120-yə yaxın müxtəlif hədəf vurulub.

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, onun ölkəsi üçün əlçatmaz yer yoxdur:

“İsrail Hərbi Hava Qüvvələrinin nəzarət qülləsini ziyarət etdim, orada Husi terror təşkilatına qarşı zərbəni izlədim. Mesajımız aydındır: heç bir yer bizim üçün çox uzaq deyil”.