Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsraildə terror aktı - 5 nəfər öldürülüb

İsrailin Bney Brak şəhərində naməlum silahlının həyata keçirdiyi hücumda beş nəfər həlak olub.

Bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.

Məlumata görə, silahlı şəxs zərərsizləşdirilib.

İsrailin Baş naziri Naftali Bennetin hücumla bağlı təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparacağı bildirilir.

Qeyd edək ki, bu, İsraildə bir həftə ərzində üçüncü terror aktıdır. Martın 27-də İsrailin Hadera şəhərində odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, daha 12 israilli müxtəlif dərəcəli ağırlıqda yaralanıb. Martın 22-də isə İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD-in bıçaqlı əməliyyatçısının həyata keçirdiyi hücum nəticəsində dörd israilli həlak olub.