Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail Ukraynaya silah göndərməməsinin səbəbini açıqlad: “Elə silahlarımız var ki...”

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq niyə ölkəsinin hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmədiklərinin səbəblərindən danışıb.

İsxak Hersoq bəyan edib ki, İsrailin elə silahları var ki, onların ixrac versiyası yoxdur.

“Elə silahlar var ki, onların düşmənlərimizin əlinə keçməsini istəmirik. Elə sirlər var ki, onların ötürülməsi mümkün deyil. Amma harada kömək edə biliriksə, kömək etməyə çalışırıq”, - deyə İsrail prezidenti vurğulayıb.

Siyasətçi əlavə edib ki, Avropa ölkələrinin və ABŞ-nin də müəyyən hərbi texnikası var ki, Ukrayna ilə bölüşməyə hazır deyillər.