İsrail təyyarələri "Hizbullah"ın 150-yə yaxın hədəfini vurublar
07 Oktyabr 2024
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hərbi obyektinə hücum edib və cənubda sərhəd bölgələrində döyüşlər davam edir.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanda komanda məntəqələrinə, yeraltı infrastruktura, silah anbarlarına və “Hizbullah”ın ayrı-ayrı silahlı birləşmələrinə zərbələr endirib.
“Bu zərbələr nəticəsində “Hizbullah”ın onlarla terrorçusu, o cümlədən Radvan qüvvələrinin ("Hizbullah"ın hərbi qanadının elit bölmələri – red.) silahlıları məhv edilib”, - ordudan bildirilib.