İsrail İranı hədələdi: "Məhv edəcəyik"
01 Oktyabr 2024
İsrail hökuməti Vaşinqton vasitəsilə Tehrana xəbərdarlıq göndərib.
Bu barədə "Kanal 14" (İsrail) məlumat yayıb.
Məlumata görə, rəsmi Tel-Əviv Livanla sərhəddəki əməliyyat barədə İran tərəfini məlumatlandırıb.
Bildirilib ki, yəhudi dövlətinə hər hansı bir hücum halında, İranın bütün qurğuları yerlə-yeksan ediləcək və məhv olunacaq.