İsrail İrana cavab zərbəsi zamanı hərbi hədəfləri vuracaq
10 Oktyabr 2024
İsrail İranın raket hücumundan sonra cavab tədbirlərini hərbi obyektlərlə məhdudlaşdırmağı planlaşdırır.
Bu barədə "The Times of Israel" İsrail rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, bu qərar oktyabrın 8-i Təl-Əvivdə Müdafiə Nazirliyinin qərargahında ölkənin hərbi-siyasi rəhbərliyinin iştirakı ilə keçirilən görüşün yekunlarına əsasən qəbul edilib.
Baş nazir Binyamin Netanyahu, əsas nazirlər, ordu və kəşfiyyat xidmətlərinin rəhbərləri diqqəti İranın hərbi obyektlərinə yönəltmək qərarına gəliblər. Nəşrin mənbəyi qərarın dəyişdirilə biləcəyini istisna etmir.