Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail "Hizbullah"ın yeni liderini öldürmək üçün Beyruta zərbələr endirib

İsrail Ordusu gecə saatlarında Beyrut hava limanı yaxınlığındakı qəsəbəyə 20-yə yaxın zərbə endirib, hədəf Hizbullahın baş katibi Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddin olub.

Bu barədə İsrail KİV mənbələrinə istinadən məlumat yayıb.

Həşim Səfiəddinin sağ qalıb-qalmadığı hələlik məlum deyil.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumları nəticəsində ölkədə 37 nəfər ölüb, 151 nəfər yaralanıb.