Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail “Hizbullah”ın yeni liderini də öldürüb

İsrailin Beyrutun cənubuna zərbələri davam etdirməsi xilasedicilərin oktyabrın 4-də “Hizbullah”ın yeni baş katibi Haşim Səfi əd-Dinin də içərisində olduğu bunkerə hücum yerində axtarış işləri aparmasına mane olub.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail oktyabrın 4-də Beyrutun cənubuna hücum zamanı “Hizbullah”ın yeni liderinin də olduğu bunkeri hədəf alıb.

“Al-Arabiya” da bir neçə mənbəyə istinadən təşkilatın yeni lideri Haşim Səfi əd-Dinin İsrail ordusunun aviazərbələri nəticəsində öldürüldüyü barədə xəbər yayıb.

İsrail rəsmiləri hücum zamanı “Hizbullah”ın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə toplantı keçirdiklərini güman etdiklərini bildirmişdilər.

O da bildirilir ki, oktyabrın 4-dəki hücumlardan sonra “Hizbullah”ın yeni lideri ilə əlaqə kəsilib.