Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail “Hizbullah”ın 250 yaraqlısını məhv edib

Livanın cənubunda quru əməliyyatlarının keçirildiyi dörd gün ərzində “Hizbullah” hərəkatının 250 yaraqlısı öldürülüb.

TASS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında deyilir.

“Dörd gün ərzində quru əməliyyatları zamanı 250 terrorçu, o cümlədən 21 komandir öldürülüb”, – məlumatda bildirilib.

Qeyd edək ki, İsrailin sentyabrın 27-də Beyruta endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd ərazilərdə quru əməliyyatına başladığını elan edib.