İsrail Bəşər Əsədin general qardaş Mahir Əsədi öldürdü
30 Sentyabr 2024
İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir əl-Əsədin komandanlıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.
İranın “Mehr” agentliyinin məlumatına görə, İsrailin hava zərbələri nəticəsində Mahir əl-Əsəd ölüb.
İsrail rəsmiləri və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti hadisə ilə bağlı hələlik şərh yaymayıb.
Məlumata görə, bu qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Qvardiyasının liderləri tez-tez baş çəkirlər.
General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edir.