İspaniya kralı palçıq atəşinə tutuldu - FOTOLAR/VİDEO
04 Noyabr 2024
Bu gün İspaniya Kralı VI Filipp daşqına məruz qalan Valensiyaya səfər edib.
Daşqından sağ çıxanların izdihamı İspaniya Kralı və hökumət rəsmilərinə palçıq atıb, təhqir edib, onu qatil adlandırıblar.
Gərgin vəziyyətə baxmayaraq, kral daşqının acınacaqlı nəticələri ilə üzləşmiş Valensiya şəhərinin ətrafı Paiportanın yerli sakinləri ilə ünsiyyət qurmaq qərarına gəlib.
Qeyd edək ki, daşqınlar nəticəsində Valensiyada ölənlərin sayı 214 nəfərə çatıb. Baş nazir Pedro Sançes hökumətin artıq hadisə yerində işləyən 2500 əsgərdən əlavə insanların axtarışına və ərazini daşqınların nəticələrindən təmizləməyə kömək etmək üçün daha 5000 hərbçi göndərdiyini rəsmən elan edib.