İsmayıllıda avtomobil aşaraq yanıb, ölən və xəsarət alan var
13 Sentyabr 2026
İsmayıllıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində, Topçu kəndində qeydə alınıb.
Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü və avtomobildəki sərnişinin (qadın) meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.