Logo
news content
User
Kateqoriyalar

Xəbər

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti paytaxtda yağışın yaratdığı fəsadlara münasibət bildirib

Ötən gün ölkə ərazisində baş verən intensiv yağışlı hava şəraiti yollarda subasmaya, hərəkətin məhdudlaşmasına səbəb olub. Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (ADSEA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

ADSEA-dan Pressklub.az-a verilən məlumata görə, “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək. 

“Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğuna görə mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin” ,- agentlikdən bildirilib.