İranla müharibənin sonuna doğru gedirik - Tramp
17 Sentyabr 2026
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehranda Vaşinqtonla razılaşma əldə etməyi "çox istəyirlər".
Amerika lideri öz versiyasını Şimali Karolina ştatında jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.
O, İranla müharibənin sona yaxınlaşdığına ümid etdiyini bildirib.
"Ümid edirəm ki, biz müharibənin sonuna doğru gedirik. Onlar razılaşma əldə etməyi çox istəyirlər. Görək, nə alınacaq", - Tramp deyib.
Bununla yanaşı, Ağ Evin rəhbəri qeyd edib ki, İslam Respublikasının nümayəndələri öz niyyətlərini amerikalı müzakirəçilərə "birbaşa" çatdırıblar.