Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın Yunanıstanın neft tankerlərini belə ələ keçirdi - VİDEO

İran İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri Komandanlığı mayın 27-də Yunanıstanın “Prudent Varrior” və “Delta Poseidon” adlı iki neft tankerini Fars körfəzində beynəlxalq hüququ pozduqları səbəbilə ələ keçirib.

Türkiyə mediası xəbər verir ki, İran Yunanıstanın neft tankerlərinin ələ keçirilməsinin görüntülərini paylaşıb.

Görüntülərdə iranlı əsgərlərin Yunanıstan neft tankerini havadan və dənizdən mühasirəyə aldıqları, tam təchiz olunmuş əsgərlərin helikopterlə tankerə eniş etdiyi görülür.