İranın Qeşm adası yaxınlığında iki partlayış baş verib
13 Sentyabr 2026
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında azı iki partlayış baş verib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış səsləri Qeşm adası yaxınlığında Hörmüz boğazı istiqamətindən eşidilib.
İranın rəsmi qurumları partlayışlarla bağlı məlumatı hələlik şərh etməyiblər. Hadisənin səbəbi və mümkün fəsadları barədə də məlumat verilməyib.