Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın müdafiə naziri: "İsrailə nəzarət edilməsə, regionda böyük müharibə başlayacaq"

İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə Yaxın Şərq regionunda böyük müharibənin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə İran KİV-i məlumat yayıb.

O söyləyib ki, Avropa İsrailə nəzarət etməlidir. Əks halda İranın cavabı ilə üzləşəcək və region böyük müharibəyə başlayacaq.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.