Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın kürd regionları etirazın episentrinə çevrilir

İranın təhlükəsizlik qüvvələri ölkə boyunca yayılan etirazları yatırmağa çalışır.

Etirazlar ötən ay gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada vəfat etməsindən sonra başlanıb.

Oktyabrın 13-də etirazçılar İranın müxtəlif şəhərlərində yenidən küçələrə çıxıblar.

İranın Kürdüstan regionunda polis və etirazçılar arasında toqquşmalarda bir neçə nəfərin öldüyü xəbər verilir.

Kürd əhalinin hüquqlarını müdafiə edən Henqav təşkilatı beynəlxalq təşkilat nümayəndələrinin sözü gedən regionlara gəlişinə imkan verilməsini tələb edib.

İranım qərbindəki kürd regionlarını monitorinq edən Kürdüstan İnsan Haqları Şəbəkəsi oktyabrın 13-də Sənəndaj və Kirmanşah şəhərlərində üç etirazçının öldürüldüyünü xəbər verir:

“Müxtəlif şəhərlərdə azı 48 etirazçı xəsarət alıb və onlardan birinin vəziyyəti kritikdir”.

Rəisi yenə də Qərbi ittiham edir

Oktyabrın 13-də İran prezidenti İbrahim Rəisi ölkədə baş verən etirazlara görə Birləşmiş Ştatları və onun müttəfiqlərini ittiham edib.