İranın BƏƏ-yə zərbələri nəticəsində 13 nəfər ölüb, 500-dən çox raket vurulub
06 Aprel 2026
Müharibə başlayandan bəri BƏƏ səmasında 507 ballistik raket, 24 qanadlı raket və 2191 dron zərərsizləşdirilib.
Bu barədə BƏƏ Müdafiə Nazirliyinin “X” hesabında məlumat verilib.
Nazirlik bildirir ki, bu hücumlar nəticəsində indiyədək 2 hərbçi, hərbi qurumla müqavilə əsasında çalışan 1 Mərakeş vətəndaşı və əsasən əcnəbilərdən ibarət 10 mülki şəxs həyatını itirib.
Ümumilikdə isə 217 nəfər yaralanıb.