Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrandan Rusiyaya aparılan psixotrop həbləri Astarada tutuldu

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya külli miqdarda psixotrop vasitənin aparılmasının qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, narkotik vasitələr “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən aşkar edilib.

“Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub”, deyə Dövlət Gömrük Komitəsi bildirir.