Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda terror aktı: 20 nəfər ölüb, onlarla insan yaralanıb - VİDEO

İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında terror aktı baş verib. Silahlı şəxslərin atəş açması nəticəsində 20 nəfər ölüb, onlarla insan yaralanıb.

"Mehr" agentliyi xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

"İran hakimiyyətinin məlumatına görə, çərşənbə günü günortadan sonra üç silahlı naməlum şəxs Şahçerağ məqbərəsinə soxularaq azı 20 nəfəri öldürüb, çoxlu sayda insan isə yaralanıb", - agentlik yazıb.

Bildirilib ki, ölənlərdən biri qadın, üçü isə uşaqdır.

Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilir.

Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki, bir terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb. Silahlı şəxsin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.

Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.