İranda su anbarı atəşə tutulub
29 Mart 2026
ABŞ və İsrail ordusu İranın Həftgəl şəhərində 10 min kubmetrlik su anbarına zərbələr endirib.
Bu barədə ISNA məlumat yayıb.
"Su anbarı hava hücumuna məruz qalıb, ölən və yaralanan olmayıb",- məlumatda bildirilib.
Qeyd olunub ki, səhər saatlarında ABŞ ilə İsrail ordusu Həftgəl teleradio qülləsini də atəşə tutub.