İranda spirtli içkidən kütləvi zəhərlənmə olub - 48 nəfər ölüb
14 Oktyabr 2024
Son iki həftədə Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində metil spirtindən istifadə səbəbindən yüzlərlə insan zəhərlənib, 48 nəfər ölüb.
Bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, zəhərlənənlalərin çoxu görmə qabiliyyətini itirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərli maddənin istehsalçılarını və satıcılarını aşkar edərək saxlayıblar.