Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda bu ilin yanvarda keçirilmiş etiraz aksiyasının yüzə yaxın iştirakçısını edam gözləyir

İranda bu ilin yanvar ayında keçirilmiş etiraz aksiyasının yüzə yaxın iştirakçısını edam gözləyir.

Bu barədə İran İnsan Hüquqları Təşkilatı hesabatında bildirib.

Təşkilat qeyd edib ki, yüz nəfərdən beşi qadın, azı beş iştirakçı isə həbs edilən vaxt 18 yaşdan kiçik olub.

İran İnsan Haqları Təşkilatının rəhbəri Mahmud Əmiri Müqəddəm deyib ki, etirazçılar inqilab məhkəmələrində və ədalətli məhkəmə araşdırmasının minimum standartlarına cavab verməyən proseslərdə ölüm cəzasına məhkum ediliblər.

O vurğulayıb ki, həmin şəxslərə işgəncə verilməklə etiraf alınıb:

"İşgəncə verilməklə etiraflar almaq sistemli qəddar rəftardır. Bu istintaq zamanı tətbiq edilən ənənəvi metoddur".

Mahmud Əmiri Müqəddəm bildirib ki, məcburi etirafla dəfələrlə edam hökmləri çıxarılıb.

Qeyd olunub ki, hesabatda həmin şəxslərin adları, yaşları və yaşadığı yerlər, bəzi hallarda isə fotoşəkilləri dərc edilib.

İran İnsan Haqları Təşkilatı beynəlxalq ictimaiyyəti, xüsusi ilə İranla diplomatik əlaqələri olan ölkələri İslam Respublikasından bu edamları dayandırmasını tələb etməyə çağırıb.

Təşkilat vurğulayıb ki, bu hesabat İranın 31 əyalətindən yalnız 13-nü əhatə edib. Qurumun məlumatına əsasən, İranın başqa bölgələrində etirazçıların edamı təhlükəsi yaranıb.