Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda bina çöküb, dağıntılar altında 80 nəfər var - VİDEO

İranın Abadan şəhərində onmərtəbəli bina çöküb.

“Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, daha 25 nəfər isə yaralanıb.

Hazırda çökən binanın yaxınlığında yerləşən yaşayış və kommersiya xarakterli binalardan təxliyə əməliyyatı həyata keçirilir.  Dağıntılar altında azı 80 nəfərin qaldğı bildirilir.

Ölən və yaralananların sayının artacağı gözlənilir.