Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrana sevgi, yoxsa İrandan qorxu? - Paşazadə niyə qaçdı...

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də qatılıb.

Qurultay ərzində şeyx Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla birlikdə Akademik Milli Dram Teatrında iki nəfərlik yerdə əyləşib. Toplantıya dörd nəfər mühafizəçinin müşayiəti ilə qatılan Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.

Bir müddət əvvəl Qarabağın İranın fətvası ilə alındığını deyən şeyxə dedikləri xatırladılıb İranın bugünkü anti-Azərbaycan siyasəti barədə sual ünvanlansa da, o, susqunluğunu pozmayıb və mühafizəçilərin əhatəsində zalı tərk edib.