İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
18 Oktyabr 2026
İran və Pakistan arasında quru sərhədindən gediş-gəliş texniki problemlər səbəbindən müvəqqəti dayandırılıb.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İRNA agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müəyyən texniki problemlər və ehtiyat tədbirlərinin görülməsi zərurəti ilə əlaqədar iki ölkə arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb.
Bəqayi qeyd edib ki, İran və Pakistanın müvafiq qurumları problemin aradan qaldırılması və sərhəd-keçid məntəqələrinin normal fəaliyyətinin bərpası üçün sıx təmasdadır.
Hazırda məsələnin ən qısa zamanda həlli istiqamətində məsləhətləşmələr aparılır.
Qeyd edək ki, İran və Pakistan arasında təxminən 909 kilometr uzunluğunda ortaq sərhəd var.