Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyik - XİN

İran uranın zənginləşdirilməsindən imtina etməyəcək.

"Azad İran” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində tanınan hüquqlardan, o cümlədən zənginləşdirmə hüququndan imtina etməyəcəyini bildirib.

Əraqçinin sözlərinə görə, İran dinc məqsədli nüvə enerjisi sahəsində bilik və texnologiyaları inkişaf etdirməkdə qətiyyətlidir.