Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran təyyarələrdə rabitə vasitələrini qadağan edib

İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazerlu təyyarənin göyərtəsində mobil telefonlar istisna olmaqla, hər hansı elektron rabitə avadanlığının gətirilməsinə qadağa qoyulduğunu açıqlayıb.

Bu qərar Yaxın Şərq regionunda artan gərginlik fonunda verilib.

Yazerlu izah edib ki, uçuşların təhlükəsizliyini təmin etmək üçün sərnişinlər həm əl yükündə, həm də qeydiyyatdan keçmiş baqajda peycer və rasiya kimi cihazları daşımaqdan çəkinməlidirlər. Bu, mümkün riskləri minimuma endirmək və mövcud geosiyasi vəziyyətdə daha sərt nəzarəti təmin etmək üçün nəzərdə tutulub.

"Təyyarənin göyərtəsində cib telefonları istisna olmaqla, həm əl yükündə, həm də yoxlanılmış baqajda hər hansı elektron rabitə vasitələrinin daşınması qadağandır" , - ISNA agentliyi onun sözlərindən sitat gətirib.

İran

Livanda peycer partlayışları

Mobil telefon