İran qabaqlayıcı əməliyyatlara keçid elan edib
05 Sentyabr 2026
İranın Silahlı Qüvvələri milli təhlükəsizliyə təhdidlərə cavab olaraq qabaqlayıcı hərbi əməliyyatlar keçirməyə hazır olduqlarını açıqlayıb.
IRIB-nin məlumatına görə, bu barədə İran Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya bildirib.
O, deyib ki, söhbət ölkənin hərbi strategiyasında əhəmiyyətli dəyişiklikdən gedir.
"Harada bir təhlükə aşkar etsək, orada profilaktik əməliyyatlar keçirəcəyik. Hərbi doktrinamiz profilaktik müdafiə və çəkindirmə əməliyyatlarına doğru dəyişib", - general əlavə edib.
Daha əvvəl "The New York Times" (NYT) qəzeti ABŞ kəşfiyyat hesabatlarına və analitiklərinə istinadən xəbər verib ki, Tehranın hərbi imkanlarına inamı Vaşinqtonla altı aylıq qarşıdurma zamanı əhəmiyyətli dərəcədə artıb.