Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran neft satışından əldə olunan 9 milyard dolları Mərkəzi Banka verib

İran 2026-cı ilin əvvəlindən bəri neft satışından əldə olunan 9 milyard dollar gəliri Mərkəzi Bankın (İMB) sərəncamına verib.

İran mediası xəbər verir ki, bu barədə İMB-nin sədri Əbdülnasir Hemmətinin valyuta məsələləri üzrə köməkçisi Mehdi Qudarzi deyib.

"Neft ixracının məhdudlaşdırılması neft satışının və ya əvvəlki satışlardan əldə olunan vəsaitlərin alınmasının dayandırılması demək deyil", - o bildirib və əlavə edib ki, hətta ixracda məhdudiyyətlər yarandığı təqdirdə belə, keçmiş satışlardan əldə olunan vəsaitlər yenə də valyuta təminatı dövriyyəsinə daxil ola bilər.

Daha əvvəl İMB-nin sədri Əbdülnasir Hemməti bildirib ki, ölkə neft ixrac etmir: "Ehtiyatlarımız ABŞ tərəfindən bloklanıb və onlara çıxışımız yoxdur".