İran İsrailə cavab zərbəsi zamanı hədəfləri müəyyən edib
20 Oktyabr 2024
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək.
Onun bu sözlərini İranın Press TV telekanalı ictimaiyyətə çatdırıb.
“İranın nüvə obyektlərinə hər hansı bir hücum lazımi cavabla qarşılanacaq” – o deyib.
Onun sözlərinə görə, Tehran İsraildəki bütün hədəfləri müəyyənləşdirib və analoji zərbə onlara da vurulacaq.
O, həmçinin qeyd edib ki, ABŞ-ın dəstəyi olmasa, İsrail Livan və Qəzza zolağında hərbi əməliyyatlar keçirə bilməz.