Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran iqtisadiyyatı çökür: 3 milyard dollardan çox zərər

Etirazlar və iğtişaşlar səbəbindən İranda internetin bloklanmasının ölkəyə vurduğu zərər Ticarət və Sənaye Palatasının təxmin etdiyindən xeyli çoxdur.

Bunu İran Sənaye və Ticarət Nazirliyinin Xarici Əlaqələr Komissiyasının sədr müavini İrina Sina Tağızadə bildirib.

O deyib ki, Palata internetin bloklanmasının vurduğu zərəri düzgün qiymətləndirməyib. Belə ki, təsirə məruz qalan bir çox fərd və şirkətlər nəzərə alınmayıb.

Qeydə alınmayan zərərçəkmişlər arasında əvvəllər İrana investisiya yatırmış şirkətlər, həmçinin İranda və xaricdə nümayəndəlikləri olan firmalar da var. Onlar alıcılarla internetin bloklanması səbəbindən əlaqə saxlaya bilmirlər.

Bundan əlavə, digər ölkələrdə anbarları olan şirkətlər öz məhsullarının qalıqlarını onlayn yoxlamaq imkanlarını itiriblər.

İran rəsmisi qeyd edib ki, itkilər artıq 3 milyard dollardan çoxdur və bloklamanın davam etməsi bir çox şirkətlərin iflasına gətirib çıxaracaq.

İranın daxilində sabitliyin pozulması, kütləvi etirazlar və təhlükəsizliyin təmin edilməməsi xarici turistlərin bu ölkəyə səfərlərinin azalmasına hətta ləğv edilməsinə gətirib çıxarıb.

İranın getdikcə tam qapalı ölkəyə çevrilməsi “molla rejiminin” anti-insani idarəçiliyi ölkə iqtisadiyyatının geriləməsinə səbəb olur.

Millət vəkili Vüqar Bayramov İranın dünya neft ehtiyatlarının 10, qaz ehtiyyatlarının 5 faizinə malik olmasına baxmayaraq, adam başına düşən ÜDM-nin cəmi 2 min dollar olduğunu qeyd edib.