Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Hörmüz boğazı üzərində ABŞ dronunu vurduğunu açıqlayıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bəyan edib.

Bu barədə məlumatı "Press TV" telekanalı yayımlayıb.

Qeyd olunur ki, SEPAH-in Hava-Kosmik Qüvvələri səhər saatlarında Hörmüz boğazının qərb hissəsi üzərində uçan "MQ-1" dronunu vurub.

Həmçinin bildirilir ki, pilotsuz uçuş aparatının məhv edilməsi üçün ən müasir və yeni hava hücumundan müdafiə sistemindən istifadə olunub.