Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran dronlarının ağalığının sonu: Ukrayna uğur qazanmağın sirrini öyrənib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ukrayna şəhərlərinin enerji və digər infrastrukturlarına hücumda istifadə etdiyi, İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını getdikcə uğurla dəf edir.

Bu barədə Böyük Britaniya kəşfiyyatının tviter səhifəsində məlumat verilib.

“Rusiya Ukrayna ərazisində hədəflərə qarşı İran istehsalı olan PUA-lardan istifadə etməyə davam edir. Ukrayna “Şahed-136” PUA-larını zərərzişlədirmək məsələsində daha çox uğur qazanır”, - məlumatda qeyd edilib.

Ukrayna ordusunun rəsmi məlumatlarına görə, Rusiya Silahlı Qüvvələrinin bütün hücumlarının, təxminən, 85 %-i dəf edilir.

Britaniya kəşfiyyatı bildirib ki, Rusiya güman ki, uzaqmənzilli dəqiq silahlarının artan çatışmazlığını doldurmaq üçün çox sayda İran istehsalı olan PUA-lardan istifadə edir: “Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi PUA-lar məhdud manevrə, sürətə malikdir və çox səs-küylüdür. Bu da onları adi hava hücumundan müdafiə sistemləri üçün asan hədəfə çevirir”.

“The New York Times” isə adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən xəbər verir ki, İsrail Ukraynaya İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün lazım olan kəşfiyyat məlumatlarını ötürüb.

Qeyd olunub ki, Yerusəlim Kiyevə İran istehsallı PUA-larla mübarizədə faydalı olan kəşfiyyat məlumatları verib.

“The Wall Street Journal”nəşri də bildirib ki, İsrail Ukrayna rəhbərliyini Rusiyanın İran istehsalı olan pilotsuz uçan aparatlarından istifadə etməsinin qarşısını almaq üçün lazımi hərbi kəşfiyyat və analitik məlumatlarla təmin edib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi üçün İsrail hökumətinə rəsmi müraciət göndərəcəyini açıqlamışdı.

Lakin, İsrailin müdafiə naziri Benni Qantz bildirib ki, yəhudi dövləti NATO ölkələri ilə birlikdə Ukraynanı dəstəkləyir, lakin “operativ səbəblərdən” hələ də Kiyevi silahla təmin etmək niyyətində deyil.