İran danışıqlar zamanı ABŞ-nin şərtləri ilə razılaşmayacaq
25 Mart 2026
Yaxın Şərqdə döyüş əməliyyatlarının dayandırılmasına yönəlmiş razılaşmanın əldə edilməsi üçün ABŞ ilə İran arasında mümkün danışıqların uğurlu olması ehtimaı azdır.
“İnterfaks” xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin sözlərinə görə, İran ABŞ-nin tələbləri ilə razılaşmayacaq, bu tələblərə, çox güman ki, İranın nüvə və ballistik raket proqramlarına məhdudiyyətlər daxil olacaq.