Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin bu ölkənin nüvə obyektlərində yoxlama aparılması ilə bağlı çağırışına cavab verib və prosesin müəyyən şərtlər altında mümkünlüyünə diqqət çəkib.

ISNAn xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami bildirib.

"Agentliyin baş direktoru (BAEA-nın rəhbəri Rafael Qrossi) ABŞ və İsraildən İranın dinc nüvə obyektlərinə hücumu, təhdidi dayandırmağı tələb etməlidir ki, BAEA-nın təminatlarının icrası üçün zəruri zəmin yaransın", - o xatırladıb.

Daha əvvəl Qrossi İrandakı əsas nüvə obyektlərinə çıxışın təmin edilməsinin Tehran üçün müsbət nəticələrə səbəb olacağını bildirib.

Xatırladaq ki, BAEA-nın Rəhbərlər Şurasının sentyabr iclası keçirilir və Azərbaycan da bəyanatla çıxış edib.