Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran ABŞ-nin hərbi obyektlərinə hücumlarda “Starlink”dən istifadə etmiş ola bilər

İran mart ayında ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumlar zamanı “Starlink” peyk rabitə sistemindən istifadə etmiş ola bilər.

Bu barədə “The Washington Post“ nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, “SpaceX” şirkətinin rəhbəri İlon Mask peyk rabitə sistemlərindən icazəsiz istifadə edilməsi halları barədə məlumatlandırılıb.

Şirkətin mütəxəssisləri İranın amerikalı hərbçilərə qarşı hərbi əməliyyatlarda “Starlink”dən istifadə etdiyi qənaətinə gəliblər.

Nəşr İranın Küveytdə altı amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumda da bu sistemdən istifadə etmiş ola biləcəyini iddia edib.

Məlumata görə, “SpaceX” hadisədən sonra peyk rabitə sistemindən istifadə edən bəzi kateqoriyalara aid istifadəçilərin şəxsiyyətinin təsdiqlənməsi ilə bağlı tələbləri sərtləşdirib.